"İnter Mayami" klubu daha bir ulduz futbolçunu heyətinə qatıb.

İqtisadiyyat.az xəbər verir ki, "Barselona"dan ayrılan və azad agent olan İspaniya millisinin  üzvü Serxio Busqets "İnter Mayami" klubuna transfer olub.

Qeyd edək ki, Lionel Messi də "İnter Mayami" klubuna transfer olmuşdu. Hər iki futbolçunu Səudiyyə Ərəbistanı klubları istəsə də, onlar bu təkliflərdən imtina etmişdilər.