Los-Anceles Leykers”in heyətində 5 dəfə Milli Basketbol Assosiasiyasının qalibi olan əfsanəvi amerikalı basketbolçu Mecik Conson sərvəti 1 milyard dollara çatan dördüncü idmançı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat verib.

Bu vaxta qədər yalnız 3 idmançı milyarder olmuşdu. Bunlar MBA əfsanəsi Maykl Cordan, “Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms və məşhur amerikalı qolfçu Tayger Vudsdur.

Jurnalın məlumatına görə, hazırda Consonun sərvəti 1,2 milyard dollara bərabərdir. Mecik ABŞ-nin bir neçə idman komandasında səhmlərə sahibdir. Bundan əlavə, o, kinoteatrlara, ictimai iaşə müəssisələrinə və bəzi digər sahələrə sərmayə qoyur