İtaliya A Seriyasında çıxış edən 3 klubun binasında yoxlamalar aparılıb.

İqtisadiyyat.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, Roma Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində maliyyə polisi qrupları “Roma”, “Latsio” və “Salernitana” komandalarının klub binasında axtarışlar aparıb.

Axtarışlara səbəb kimi 2017-2021-ci illər arasında 4 mövsüm ərzində sözügedən klublar tərəfindən həyata keçirilən futbolçu transferlərində maliyyə pozuntularının olması göstərilib.

İstintaqda hansı transferlərin araşdırılması ilə bağlı hər hansı məlumatın paylaşılmadığı qeyd edilib.Bu arada "Salernitana" klubu mətbuatda gedən axtarış xəbərlərini təsdiqləyərkən, cari deyil, sahib dəyişikliyinə qədərki dövrün araşdırıldığı bildirilib.

İtaliyada Turin Prokurorluğunun 2021-ci ildə "Yuventus"a qarşı başlatdığı Prisma araşdırması çərçivəsində ağ-qara klubun Turin, Milan və Romadakı binalarında müxtəlif vaxtlarda axtarışlar aparılıb.