Dünən "Neftçi" ilə danışıqlar üçün Bakıya gələn türkiyəli baş məşqçi Sərgən Yalçın və köməkçisi Murat Şahin Azərbaycanı tərk ediblər.

İqtisadiyyat.az xəbər verir ki, Yalçının köməkçisi Murat Şahin sosial şəbəkə hesabından "Neftçi" və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.

"Neftçi" Bakı klubu və SOCAR firmasının prezidenti Rövşən Nəcəfə bizə göstərdikləri diqqətə görə təşəkkür edirik".

Qeyd edək ki, Sərgən Yalçın "Neftçi" ilə bağlı yekun qərarını tezliklə verəcək.