Türkiyəli mütəxəssis Sərgən Yalçın "Neftçi" ilə danışıqları yekunlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "beİN Sports"un jurnalisti Gürler Akgün tvitter hesabında məlumat yayıb. O, Sərgənin qərarını bildirmək üçün "ağ-qaralar"dan vaxt istədiyini yazıb.

"Neftçi" bu gün baş məşqçi Laurentsiu Regekampfla yollarını ayırıb.