"Qərbi Azərbaycan tarixən azərbaycanlıların məskunlaşdığı bir bölgə olmuşdur. Biz bu məfhumu tarixi-coğrafi anlayış kimi istifadə edirik. Bu bölgəyə qayıdış, tarixi ədalətin bərpası və xalqımızın mədəni irsinin qorunması baxımından da xüsusi əhəmiyyət kəsb edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa namizəd Rizvan Nəbiyev sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, seçki platformasına həmçinin Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq arenada təbliği istiqamətində hədəflədiyi məsələlər də yer alıb. Bunlar aşağıdakılardır:

• Qərbi Azərbaycandakı tarixi və mədəni abidələrimizin qorunması və bərpası üçün tədbirlər görülməsi və bu məsələyə əcnəbi parlamentlərdən dəstək əldə edilməsi;

• Qərbi Azərbaycan İcmasının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətlərə dəstək verilməsi.