“Fulhem”in hücumçusu Aleksandar Mitroviç karyerasını “Əl-Hilal”da davam etdirə bilər.

İqtisadiyyat.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 28 yaşlı serbiyalı üçün 55 milyon avro təklif etməyə hazırdır. Futbolçunun özü də keçidin tərəfdarıdır.

Mitroviç 2018-ci ildən “Fulhem”də çıxış edir. O, 2022/23 mövsümündə Premyer Liqada 24 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.