Fransanın paytaxtı Parisdə Sena çayının üç nöqtəsinin 2025-ci ildə üzgüçülük üçün açılacağı açıqlanıb. 

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, artıq 7 ildir davam edən 1,4 milyard avroluq təmizlik layihəsi çərçivəsində çayın üzmək üçün təhlükəsiz olduğu qeyd olunub.

Ona görə də gələn yay mövsümündə Parisdə keçiriləcək Olimpiadada çayda triatlon, marafon üzgüçülük və para-triatlon yarışlarının keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, çayın hərəkətin təhlükəli olması və suyun keyfiyyətinin pisləşməsi səbəbindən Sena çayında üzmək 1923-cü ildən qadağan edilib.

Gülşən Şərif

İqtisadiyyat.az