"Selta” hücumçusu, həbs olunmuş Santi Mina ilə müqaviləyə xitam verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında milumat verılıb. Santi Mina ilə əmək müqaviləsi birtərəfli qaydada ləğv edilib. İyul ayında təcavüzə görə Minaya 4 il həbs cəzası kəsilib. Hadisə 2017-ci ildə, futbolçunun “Valensiya”da çıxış etdiyi vaxt baş verib. Mina zərərçəkmişə 25 min avro ödəməli olacaq. Onun qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.

Ötən mövsüm Mina Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda icarə əsasında çıxış edib. O, 2019-cu ildən “Selta”da oynayırdı.