Vətən müharibəsinin şəhidi Musayev Elşənin ailəsinə üçotaqlı mənzil verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, şəhid ailəsi Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində mənzillə təmin olunub.

Xatırladaq ki, Musayev Elşən Hüseyn oğlu 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.