Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul mayın 26-da saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qeyd edilib ki, qəbula yazılmaq istəyən vətəndaşların may 22-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.