"Səba Orqanik Gübrə" MMC ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd edək ki, "Səba Orqanik Gübrə" MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mirzəyev Fərhad Mehman oğludur. MMC-nin nizamnamə kapitalı 960 670 manatdır. Şirkətin təsisçilərindən biri "Səba" ASC-dir.

Xatırladaq ki, aprelin 30-da "Səba" ASC-nin səhmdarları "Səba Orqanik Gübrə" MMC-nin ləğv edilməsini müzakirə edib və müvafiq qərar qəbul olunub.