"Səbail" klubu Niderlandın "Telstar" komandasından futbolçu transfer edib.

İqtisadiyyat.az xəbər verir ki, "Dənizçilər" 26 yaşlı yarımmüdafiəçi Anass Nacahı heyətinə qatıb.

Niderlandlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Anass Nacah ölkəsinin "Valveyk" və Kiprin "Akritas" klublarında da çıxış edib.