Yeni mövsümə hazırlığı davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, komanda TFF 1-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.

Matç “dənizçilər”in 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Aleksandr Ramalinqom dubl edibsə, Pedro Nuno və Ağabala Ramazanov hərəyə bir dəfə fərqləniblər.