2023/2024-cü illər mövsümünə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.

Komanda Ərzurumda - “Polat Resort Palandöken Hotel”ində məskunlaşıb və bu gün axşam saatlarında ilk məşqinə çıxacaq.

"Səbail" burada "Ərzurumspor", "Konyaspor" və "Sivasspor"la yoldaşlıq oyunları keçirəcək.