2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, "dənizçilər" son mövsümü Türkiyə Superliqası təmsilçisi “İstanbulspor”da keçirmiş müdafiəçi Adi Mehremiçlə 1,5 illik müqavilə imzalayıb.

Bosniya və Herseqovinadan olan futbolçu azad agent kimi "Səbail"ə keçib. 

O, "İstanbulspor"dan başqa Polşada "Visla", Ukraynada "Karpatı", İsraildə "Makkabi" (Petah-Tikva) kimi komandalarda forma geyinib.