"Səbail” klubu daha bir futbolçunu heyətinə qatıb.

İqtisadiyyat .az xəbər verir ki, Bakı təmsilçisinin növbəti transferi Fransanın “Sedan” klubunda oynamış Aleksandr Ramalingom olub.

“Transfermarkt” portalı 30 yaşlı hücumçunu artıq “Səbail”in futbolçusu kimi təqdim edib.

Madaqaskar millisinin forvardının “Səbail”lə imzaladığı müqavilənin detalları barədə məlumat verilməyib. “Ayaçço”, “Virton” kimi komandalarda oynamış hücumçu 2020-ci ildən “Sedan” forması geyinirdi.