“Almaniyanın Polşaya Western Patriot hava hücumundan müdafiə sistemləri göndərmək təklifi qüvvədədir. Lakin Polşa nümayəndələrinin daha əvvəl təklif etdiyi kimi bu sistemləri Polşa əvəzinə Ukraynaya göndərmək niyyətində deyilik“.

İqtisadiyyat.az xəbər verir ki, bunu Berlində keçirilən mətbuat konfransında Almaniya kansleri Olaf Şolz açıqlayıb.

Scholz jurnalistlərə açıqlamasında :“Bizim Polşa hökumətinə öz ölkələrini qorumaq təklifimiz hələ də gündəmdən çıxarılmayıb”- deyib.

Məhəbbət Məmmədov