Bakıda Noyabrın 18-i  "SAT Group" şirkətinin təşkilatçılığı ilə "Biznes İdarəçiliyi Forumu" keçirilir. 

"Biznes İdarəçiliyi Forumu"nun keçirilməsinsə başlıca məqsəd Azərbaycada biznes mühitinin və idarəçiliyin inkişafına töhfə vermək, dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaqdır.

Forum 3 paneldən ibarətdir:

Strateji İdarəetmə

İdarəetmə Alətləri

İdarəetmənin Gələcəyi


Forumda Anar Bayramov, Vüsal Şahverdiyev, Mehman Abbas, Fərid Novruzi, Nigar Köçərli kimi biznes nümayəndələri, Türkiyənin Ata Texnologiya şirkətinin HR direktoru Seda Erdem, "Fazla Gıda" şirkətinin qurucusu Olcay Silahlı iştirak edir.