"Latsio"nun baş məşqçisi Mauritsio Sarri Səudiyyə Ərəbistanından təklif alıb.

İqtisadiyyat.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə yerli mətbuata açıqlamasında deyib. O, təklifdən imtina etdiyini söyləyib:

"Düzü, Səudiyyə Ərəbistanından təklifim var. Hazırda "Latsio"da xoşbəxtəm və pul haqda düşünmürəm. Bir neçə ildən sonra orada işləməyi fikirləşə bilərəm, amma indi yox".

Sarri 2021-ci ilin yayından "Latsio"nu çalışdırır.