Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Pekində Çin lideri Si Cinpin ilə görüşüb.

İqtisadiyyat.az  xəbər verir ki, görüş zamanı Aİ-Çin əlaqələri müzakirə edilib.

Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Şu Jiuetin bildirib ki, Mişelin Çinə səfəri dünya iqtisadiyyatının sabitləşməsinə kömək edəcək. 

“Çin Avropa İttifaqı ilə yaxınlaşmağa hazırdır, biz ticarət və investisiya sahəsində ikitərəfli münasibətlərin potensialını araşdıracağıq, əməkdaşlığı daha da yüksək səviyyədə saxlayacağıq, müsbət stimul yaradacağıq və dünya iqtisadiyyatında sabitliyin artmasına dəstək verəcəyik. ”, - o bildirib.

Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Pekin Brüssellə münasibətləri qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərini rəhbər tutaraq qurur.

"Çin Aİ üçün ən böyük ticarət tərəfdaşı olaraq qalır, Avropa İttifaqı isə Çin üçün ikinci aparıcı ticarət tərəfdaşıdır", - deyə Jiueting bildirib.

O xatırladıb ki, yanvar-oktyabr aylarında Çin və Avropa arasında ticarət dövriyyəsi illik müqayisədə 6,3% artaraq 711,4 milyard dollar təşkil edib.