YouTube fenomeni Maks Foş, İngiltərə Premyer Liqasının keçmiş hakimi Mark Klattenburqun xeyriyyə oyununda ona göstərdiyi sarı vərəqəyə UNO kartı ilə cavab verib.

İqtisadiyyat.az xəbər verir ki, keçmiş Premyer Liqa hakimi Mark Klattenburq sentyabrın 9-da Londonda "Sidemen" FK və "YouTube All Stars" arasında keçirilən xeyriyyə matçında "YouTube" ulduzu Maks Foşa sarı vərəqə göstərib. Maks Foş cavab olaraq hakimə UNO-nun istiqamət dəyişdirmə kartını göstərərək hamını güldürüb. Bu kartı UNO-da göstərdiyiniz zaman əl əks istiqamətdə dəyişməyə başlayır. Beləliklə, bu kartdan sonra oyun tərsinə oynanılır.

"Sidemen" FK xeyriyyə oyununda "YouTube Allstars"a 8-5 hesabı ilə qalib gəlib. Matçda 2 milyon funt sterlinqdən çox ianə toplanıb.