Dünya texnologiya nəhəngi çip sənayesindəki durğunluq səbəbindən rüblük mənfəətinin 96 faiz itki ilə 14 ilin ən aşağı səviyyəsinə düşəcəyini proqnozlaşdırılır.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi istehsalın azaldılmasına baxmayaraq, yaddaş çiplərinin qiymətlərinin həddən artıq təklif səbəbindən düşməsidir.

Samsung çip tədarükünü azaltmaqda rəqiblərinin təcrübəsinə qoşulub, beləcə qiymət enişi yavaşlayıb. Analitiklər çip qiymətlərinin bu rübdə aşağı düşəcəyini və gələn il yüksələcəyini gözləyirlər.

"Financial Times"a görə, Samsung-un çip bölməsinin dördüncü rübdə kiçik bir qazanc əldə edəcəyini proqnozlaşdıran Goldman Sachs analitiki Giuni Lee deyib: "Yarımkeçiricilər biznesindən ən pis rüblük itkinin 2023-cü ilin birinci rübündə olduğuna inanırıq".

Samsung səhmləri sektordakı inkişaf gözləntiləri ilə indiyə qədər təxminən 30 faiz dəyər qazansa da, cümə günü səhər 2 faiz ucuzlaşıb.