Sambo federasiyası rəhbərliyinin uşağın ölümündə ittiham edilən samboçu Mehman Xəlilovun nə ilə məşğul olduğundan xəbəri olmayıb.

“Mən onun məşqçi işlədiyini heç bilmirdim. Mənə təzəlikcə deyiblər”, - deyə Sambo federasiyasının prezidenti Ceyhun Məmmədov bildirib.

İqtisadiyyat.az xəbər verir ki, sosial şəbəkələrdə Xəlilovun məşqindən olduğu deyilib yayılan videoya gəldikdə isə, federasiya rəhbəri bunu görüntülənən hərəkətləri pisləyib.

“Uşaqlarla bu cür rəftar etmək olmaz”, - deyə Məmmədov qeyd edib.

 Mehman Xəlilova qarşı məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

O, sambo üzrə Avropa çempionatlarının ikiqat bürünc medalçısı və Avropa oyunlarının mükafatçısıdır.