Azərbaycan Premyer Liqasını tərk edən "Şamaxı" klubu futbolçularını saxlamaqda çətinlik çəkir. Klubu tərk edəcək futbolçulardan biri də sol cinah müdafiəçisi Fuad Bayramovdur.

"İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Fuad Bayramovla Premyer Liqanın iki klubu maraqlanır. "Sumqayıt" və "Zirə" klubları futbolçunu transfer etmək niyyətindədir.

Qeyd edək ki, "Şamaxı" klubunun heyətində 35 oyuna çıxan sol cinah müdafiəçisi 4 qol vurub, 8 assist etməyi bacarıb.