Şahmat üzrə hazırkı respublika çempionu Vasif Dürarbəyli Azərbaycanı tərk edib.

 İqtisadiyyat.az xəbər verir ki, o, sosial şəbəkədəki açıqlamasında daimi yaşayış üçün ABŞ köçdüyünü bildirib.

Şahmatçı artıq Missuri ştatının Sent-Luis şəhərində olduğu barədə xəbər verib.

“2014-cü ildə mən Sent-Luisə oxumağa yollanıb müəyyən məqsədlərimə çatmaq üçün 2019-cu ildə geri qayıtdım. Keçən dəfədən fərqli olaraq bu dəfə də qayıdacağıma əmin deyiləm”, - deyə qrossmeyster bildirib.