Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, norveçli Maqnus Karlsen finalda hindistanlı Rameşbabu Praqnanandhanı məğlub edərək, çempion adını qazanıb.

Azərbaycan şahmatçısı Nicat Abasov üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub və 4-cü olub.

Rameşbabu ikinci, Karuana isə üçüncü yeri tutub.