Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyunun 23-də “FINCA International” təşkilatının rəhbəri Andree Simon ilə görüşüb.

AMB-dən İqtisadiyyat.az-a bildirilib ki, görüş zamanı Azərbaycanda maliyyə sektorunun inkişafı, rəqəmsallaşmanın artırılması, yerli kapital bazarının genişləndirilməsi və kənd yerlərində sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması barədə fikir mübadiləsi aparılıb.