Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Milli Məclis sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Kreml yaxınlığındakı “Naməlum əsgər”in məzarı önünə əklil qoyub.

Qeyd edək ki, Sahibə Qafarova Moskvaya səfəri çərçivəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər keçirəcək.