Şahdağ Turizm Mərkəzində qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulur.

İqtisadiyyat.az xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov deyib.

O bildirib ki, bunun üçün xüsusi kanat yolu və yamac hazırlanır: "Eyni zamanda Şahdağ Turizm Mərkəzinin ərazisində 2024-cü ilin ortalarında 120 otaqlı yeni hotel fəaliyyətə başlayacaq".