“Bavariya”da çıxış edən Sadio Mane də Səudiyyə Ərəbistanı çempionatında çıxış etməyə yaxındır.

 İqtisadiyyat.az "Bild" nəşrinə istinadən xəbər verir ki,seneqallı futbolçu Səudiyyə Ərəbistanı komandalarından olan "Əl Nəsr"ə transfer olmağa hazırlaşır. Mane, Kristiano Ronaldonun da çıxış etdiyi "Əl Nəsr" ilə müqavilə bağlamaq və tibbi müayinədən keçmək üçün Dubaya gedib.

Xəbərdə qeyd olunub ki, 31 yaşlı futbolçu "Əl Nəsr"də illlik 40 milyon avro qazanacaq.

"Əl Nəsr"in ulduz futbolçu üçün "Bavariya"ya 37 milyon avro ödəyəcəyi gözlənilir.

 Ötən mövsüm "Liverpul"dan "Bavariya"ya keçən seneqallı futbolçu Almaniya nəhənginin heyətində 38 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə edib.