AFFA U-15 Liqasında 2022/23 mövsümü başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, finalda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edən “Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası mövsümün qalibi olub.

Matçda yeganə qolu İslam Həsənov vurub. O, həm də, 76 qolla liqanın bombardiri olub.

Qeyd edək ki, bu, “Sabah” akademiyasının komandalarının son mövsümdə 4-cü çempionluğudur. U-15-dən başqa, U-13, U-16 və U-17 mövsümü qızıl, U-14 komandası isə gümüş medallarla başa vurub.