"Sabah” yay transfer dövründə heyətinə ikinci əcnəbi futbolçunu cəlb edib. Paytaxt klubu 23 yaşlı vinger Jarl Marqarita ilə 4 illik müqavilə bağlayıb. Murad Musayevin baş məşqçi olduğu komanda Niderland və Kurasao vətəndaşlığı daşıyan futbolçunu Aleksey Kaşukun əvəzinə transfer edib.

İqtisadiyyat.az Niderland mətbuatına istinadən xəbər verir ki, Marqaritanın “TOP Oss”la 2024-cü ilə qədər müqaviləsi olduğundan “Sabah” ona görə klubuna 400 min avro pul ödəyib.

Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçi “Neftçi”nin də maraq dairəsində olub. Lakin “ağ-qaralar” Niderland klubuna 400 min avro ödəməyə razı olmayıbıar.