"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, "futuristlər" Kiyev "Dinamo"sundan Kahim Perrisi heyətinə qatıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 

Yamaykalı vinger icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcək. "Sabah" futbolçunun transfer hüquqlarını almaq imkanına sahib olacaq.

Yamayka millisinin də üzvü olan Perris 2022-ci ilin sentyabrından "Dinamo"da çıxış edir. O, Kiyev təmsilçisində 15 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.