Avropa Konfrans Liqasına hazırlaşan "Sabah" klubu transfer çalışmalarını davam etdirir. Masazır təmsilçisi "Şamaxı" klubundan ayrılan Rəhman Daşdəmirovu transfer edib.

Futbolçunun meneceri Fuad Xəlilov İqtisadiyyat.az-a transfer xəbərini təsdiqləyib.

"Bəli, Rəhman Daşdəmirov "Sabah" klubuna transfer olub. Artıq hər şey rəsmiləşib".

Qeyd edək ki, "Sabah" futbolçu ilə 2 illik müqavilə imzalayıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.