Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, turun ikinci günündə iki matç baş tutacaq. 

"Şamaxı" doğma meydanda "Sabah"ı qonaq edəcək. Matç Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Günün ikinci matçı isə Sumqayıtda baş tutacaq. Sumqayıt şəhər təmsilçisi "Kapitalbank Arena"da "Kəpəz"i qəbul edəcək. 17:30-dan etibarən start götürəcək matç son pillələrdən uzaqlaşmağa hər iki klub üçün fürsət sayılacaq.