“Sabah” klubu Rusiyadan daha bir futbolçu gətirmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “sport24.ru” saytı məlumat yayıb. Bildirilib ki, bakılılar son klubu “Ximki” olan Reziuan Mirzovu heyətinə qatmağı düşünürlər. 30 yaşlı sol vinger hazırda azad agent statusu daşıyır.

Qeyd edək ki, “Sabah” bir neçə gün əvvəl “Ximki”dən Ayaz Quliyevi transfer edib.