"Sabah" növbəti transferini gerçəkləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı vinger Jarl Marqarita ilə müqavilə bağlanıb. Niderlandın "TOP Oss" klubundan transfer edilən futbolçu ilə anlaşmanın müddəti 2027-ci ilin iyun ayına kimidir.