"Sabah” basketbol komandası FIBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan təmsilçisi son oyununda Rumıniyanın “Rapid” klubuna 90:71 hesabı ilə qalib gəlib.

"Sabah" qrup lideri kimi növbəti raunda yüksəlib.

A qrupunda mübarizə ağaran "Sabah" əvvəlki görüşlərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.