"Sabah" Konfrans Liqasının II təsnifat mərhələsinin RFŞ ilə səfər oyununun məkanının dəyişdirilməsini istəyir.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb "futuristlər"in baş məşqçi Murad Musayev və köməkçilərinin, eləcə də iki futbolçunun Rusiya vətəndaşlığına görə Latviyaya buraxılmamasıdır. Bu barədə "sportacentrs.com" saytı məlumat yayıb. Xəbərdə UEFA-nın matçın başqa ölkədə keçirilməsi variantını nəzərdən keçirdiyi bildirilib. 

Latviya qanunlarına görə Şengen vizası olmayan Rusiya vətəndaşları ölkəyə giriş edə bilməz.

RFŞ - "Sabah" görüşü sabah saat 20:00-da başlamalıdır.