“Sabah” FK qapıçıları – Yusif İmanov və Rüstəm Samiqullinlə yeni müqavilə bağlayıb.

İqtisadiyyat.az xəbər verir ki, hər iki qolkiperlə imzalanmış yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir.

Qeyd edək ki, Yusif “Sabah” Futbol Akademiyasının yetirməsidir. Gənc qapıçı 2021/2022-ci il mövsümündən “Sabah”ın əsas komandasına cəlb olunur. O, əsas komandamızda ümumilikdə 52 oyun keçirib. Yusif Azərbaycanın əsas millisinin üzvüdür. 

Rüstəm isə 2021-ci ildən “Sabah”da çıxış edir. Gənc qolkiper Azərbaycanın U-21 millisinin üzvüdür.