Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.

İqtisadiyyat.az xəbər verir ki, "Sabah" Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli”ylə qarşılaşacaq.

Görüş iyulun 15-də, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00) İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçiriləcək.