"Sabah" yarımmüdafiəçi Kristian Da Silva Fil ilə yeni müqavilə bağlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir. 

Da Silva 2022-ci ilin fevral ayından "Sabah"ın üzvüdür. O, Masazır təmsilçisinin heyətində 34 oyun keçirib, 2 qola imza atıb.