“Sabah” Belçika “Mexelen”inin müdafiəçisi Sendi Uolşu heyətinə qatmaq istəyir.

İqtisadiyyat.az xəbər verir ki, Bakı klubu İndoneziya millisinin üzvünün transferi üçün Belçika təmsilçisi ilə danışıqlar aparır.

"Sabah"ın 28 yaşlı futbolçuya görə 700 min avro təzminat ödəməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, S. Uolşun “Mexelen”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır.