"Sabah” basketbol komandası FİBA Avropa Kubokunda 2023/2024 mövsümünə qələbə ilə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ilk sınağına Niderland təmsilçisi “Donar” önündə çıxıb.

“Sabah” rəqibi üzərində 75:72 hesablı qələbə qazanıb.

Azərbaycan təmsilçisi ikinci oyununu oktyabrın 3-də yerli “Rabotniçki”yə (Skopye) qarşı keçirəcək