"ABŞ-dan Ukraynaya güclü dəstək gözləyirəm".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Co Bayden ilə ortaq mətbuat konfransında deyib. O, əlavə edib:

"Bu gün Ukraynaya tədarük ediləcək uzaq mənzilli silahlar məsələsindən danışdıq, əlavə silahlardan da danışdıq. Bu vacibdir. ABŞ-dan Ukraynaya güclü dəstək paketi gözləyirəm. Bu, vacibdir. Bu paket bir göstəricidir ki, Rusiyanın revanş cəhdləri uğursuz olacaq. Biz xalqımızı rus terrorundan qoruyacağıq".