Rusiya Federasiyası Nazirlər Kabineti BMT-nin Ümumdünya Ərzaq Proqramının fonduna 10 milyon dollara qədər vəsait göndərəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq sərəncamı ölkənin Baş naziri Mixail Mişustin imzalayıb.

Vəsait Burundi, Qvineya, Zimbabve, Mali və Eritreya ölkələrin hər birinə 2 milyon dollara qədər humanitar yardım göstərmək üçün istifadə olunacaq.

 

Gözəl Həşimova