Rusiyada son bir gündə daha 4 711 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 975 576 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 121 nəfər artaraq 16 804-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 792 561 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 637 nəfər.report