Rusiyada ötən gündən koronavirusa 8 706 nəfər yoluxub, 114 nəfər ölüb, 5 271nəfər sağalıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusa qarşı mübarizəyə dair əməliyyat qərargahından bildiriblər.

Ölkədə ötən müddət ərzində koronavirusdan ölənlərin 6 829 nəfər olduğu qeyd edilir.