Rusiyanın aktivlərini idarə edən "Pyervaya" şirkəti dünyanın ən böyük xarici mərkəzi kastodianı olan “Euroclear Bank”a qarşı 184,8 milyard rubl (2 milyard dollar) dəyərində təzminat iddiası qaldırıb.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, iddia sanksiyalar nəticəsində dondurulmuş aktivlərlə bağlıdır. Lakin, təzminat məbləğinin necə təyin olunduğuna dair detallar qeyd edilməyib.

Qeyd edək ki,1996-cı ildən Rusiyada “Sber Asset Management”, sonra isə “Pyervaya” adı ilə fəaliyyət göstərən şirkətin idarə etdiyi aktivlərin dəyəri 2022-ci ilin sentyabrında 1,44 trilyon rubl təşkil edib.